
Əfsanəvi ingilis futbolçu Bobbi Tamblinq vəfat edib.
Fanat.Az xəbər verir ki, bununla bağlı Tamblinqin əvvəllər çalışdırdığı "Krosshaven" klubunun mətbuat xidməti paylaşım edib.
O, 84 yaşında dünyasını dəyişib.
Klubun açıqlamasında deyilir: "Səhhəti pisləşəndə belə, o, yenə də ehtiyat oyunçular skamyasında olmaq, məşqçilik etmək, ilham vermək və oyuna olan sonsuz ehtirasını bölüşmək istəyirdi".
Bobbinin son vaxtlar demensiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Tamblinq "Çelsi" tarixinin ən məhsuldar ikinci oyunçusudur. O, 1959-cu ildən 1970-ci ilə qədər "zadəganlar"da oynayıb, 370 oyunda iştirak edib və 202 qol vurub. Tamblinq "Çelsi"nin bütün zamanların ən çox qol vuran oyunçuları siyahısında yalnız 2013-cü ildə rekordunu qıran Frenk Lemparddan (211 qol) geri qalır.
Tamblinq həmçinin 1966-cı ildə "Aston Villa" ilə matçda pentatrik edərək, bir oyunda ən çox (5) qol vuran "Çelsi"li futbolçu kimi rekorçudur.
Mirağa