
Geridə qalan mövsümü "qızıl dubl"la başa vuran "Sabah"ın yay təlim-məşq toplanışı üçün planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti yayıb.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.