
"Qarabağ"ın braziliyalı müdafiəçisi Dani Bolt mövsümün başa çatması ilə əlaqədar rəsmi sosial şəbəkə hesabında azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, futbolçu arxada qalan xüsusi mövsümdə qazanılan uğurlara və Çempionlar Liqası təcrübəsinə görə böyük minnətdarlıq hissi keçirdiyini bildirib:
"Daha bir mövsümün sonu gəldi. Yaşadığım hər şeyə, dəf olunan çətinliklərə, əldə olunan nailiyyətlərə və meydanın daxilində, eləcə də xaricində olan hər bir ana görə çox minnətdaram. Çempionlar Liqasında oynamaq, bir oyunçu və bir insan kimi inkişaf etmək fürsəti ilə zəngin olan xüsusi bir mövsüm idi. İndi vərəqi çevirmək və yeni bir fəsilə başlamaq vaxtıdır. Başlayan yeni mövsüm üçün çox həyəcanlıyam. Yeni hədəflər, yeni çağırışlar və Avropa Liqasında oynamaq şansı — hər gün mənə əlimdən gələnin ən yaxşısını etmək üçün daha çox motivasiya verən yüksək səviyyəli bir yarışdır. Bu yolda mənim yanımda olan hər kəsə təşəkkür edirəm. Qoy daha çox iş, fədakarlıq və möhtəşəm anlarla dolu növbəti bir mövsüm gəlsin!