
1-ci Liqada sona bir tur qalmış çempionluğu rəsmiləşdirən "Şəfa"nı tərk edəcək daha iki neçə futbolçunun kimliyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Aqil Nəsibov, Elmir Tağıyev, Zahid Mərdanov və Hüseyn Mürsəlov da Misli Premyer Liqasında Bakı komandasının sıralarında olmayacaqlar.
Eləcə də iranlı forvard Amir Ebrahimzadə yeni baş məşqçi Zaur Həşimova lazım olmayıb.
Bunlardan başqa, klubla 1 illik müqaviləsi olan Pərviz Azadovla da yolların ayrılması gündəmdədir.
Daha öncə Emin Zamanov və Ürfan İsmayılovla əməkdaşlığın davam etdirilməyəcəyini diqqətinizə çatdırmışdıq.
Nihat