
1-ci Liqada sona bir tur qalmış çempion olaraq Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın kapitanı Tərlan Quliyevin yeni mövsümə harada başlayacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusunun Bakı komandasında qalıb-qalmayacağı bu gün dəqiqləşib.
Belə ki, "Şəfa"nı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən Zaur Həşimov Tərlanla görüşüb və tərəflər 1 illik yeni müqavilə ilə bağlı razılığa gəlib.
Anlaşma hələ imzalanmasa da, münasibətlərin yaxın günlərdə münasibətləri rəsmiləçdirəcəyi gözlənilir.
Xatırladaq ki, "Şəfa" geridə qalan mövsümü 57 xalla başa vurub.
Toğrul