
"Qarabağ" iki qapıçısı - Fabian Buntiç və Amin Ramazanovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı Ağdam klubunun mətbuat xidməti yayıb.
Fabian Buntiçlə müqavilə qarşılıqlı razılıq əsasında pozulubsa, Amin Ramazanovun müddəti başa çatan anlaşması yenilənməyib.
Xatırladaq ki, "köhlənlər" dünən yeni qolkiper transferini açıqlayıblar. Azərbaycan təmsilçisi Martin Zlomisliçi rənglərinə bağlayıb. Hazırda ölkəsinin yığması lə dünya çempionatında iştirak edən bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.