
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Vestri"nin Azərbaycana nə vaxt gələcəyi bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, iyulun 9-da Bakıda "köhlənlər"lə ilk matça çıxacaq İslandiya komandası iyulun 7-də paytaxtda olacaq.
"Vestri"nin harada məskunlaşacağına gəlincə, adalılar "Hyatt Regency" hotelini seçib.
Xatırladaq ki, start fiti 20:00-da səsləndiriləcək qarşılaşma moldovalı FIFA referisi Roman Jitariyə tapşırılıb. Tərəflərin cavab oyunu isə iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Nihat