
1-ci Liqada çempion olmağı hədəfləyən MOİK heyətinə legioner futbolçu qatmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü digər aşağı divizion təmsilçisi "Baku Sportinq"də keçirən 27 yaşlı mərkəz yarımmüdafiəçisi Luka Stefanoviçlə anlaşıb.
Tərəflərin 1 mövsümlük müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul