
Misli Premyer Liqasını tərk edən "Karvan-Yevlax"dan ayrılan qapıçı Kamran İbrahimovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı qolkiper karyerasını 1-ci Liqada davam etdirəcək.
İbrahimov çempionluq uğrunda mübarizə aparmağı hədəfləyən MOİK-lə anlaşıb.
Xatırladaq ki, nazirlik komandası geridə qalan mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Rəhbərliyin komandanı məqsədinə çatdıra bilməyən İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, sözügedən çalışdırıcı postunda saxlanılıb.
Nihat