
İspaniya millisinin hücumçusu Lamin Yamalın atası Munir Nəsraui dünya çempionatının finalında oğlunu stadionda dəstəkləyə bilməyəcək.
Fanat.Az xəbər verir ki, o, "Y ahora Sonsoles" verilişinin aparıcısı Andrea Sunyaya bunun səbəbini belə bildirib:
"Mənim üçün həqiqətən çətindir. Epilepsiyam var, gündə xeyli həb qəbul etməliyəm və bəzən qıcolmalar olur. Həyəcan və əsəbilik epileptik tutmaya səbəb ola bilər. Buna görə də həmişə diqqətli olmalıyam. Səyahət etməzdən əvvəl özüm, onun və ətrafımdakılar haqqında düşünməliyəm. Problem yarada bilərəm, ona görə də evdə qalıb müşahidə etmək daha yaxşıdır".
İspaniya millisi DÇ-2026-nın finalında iyulun 19-da Argentina ilə qarşılaşacaq.
Mirağa