
DÇ-2026-nın yarımfinalında keçirilən İngiltərə - Argentina matçından sonra qalmaqala səbəb olan anlar yaşanıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina millisinin oyunçuları görüşün ardınca qələbəni üzərində "Malvin adaları Argentinanındır" yazılmış bannerlə qeyd ediblər.
FIFA-nın siyasi məzmunlu bannerlərlə bağlı qaydalarına görə, bu addım Argentina millisi üçün sanksiya riski yarada bilər.
Qeyd edilib ki, banner əvvəlcə tribunada nümayiş olunub, daha sonra isə Covani Lo Selso və Nikolas Otamendinin əlinə keçib.

Xatırladaq ki, uzun illərdir Argentina və Böyük Britaniya arasında Malvin (Folkland) adaları ilə bağlı ərazi mübahisəsi davam edir.
Əlisahib İbrahimli