
PSJ yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı ispaniyalı futbolçu Fabian Ruis ilə yeni müqavilə (3 il müddətinə) nəzərdə tutulub. Razılaşmada daha bir 1 uzatma variantı da yer alacaq.
Qeyd edək ki, o, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli