14:06 17.07.2026 723

"Neftçi"dən 10 yaş böyük, SSRİ çempionu olmuş "Dinamo"

"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi bəllidir. Öz meydanında 0:1 hesabı ilə yenildiyi "Sileks"ə (Şimali Makedoniya) qonaq qismində 1 cavabsız qolla qalib gələn Minsk "Dinamo"su penalti seriyasında daha dəqiq oldu (6:5) və "ağ-qaralar"la üz-üzə gəlmək hüququ qazandı.

Fanat.Az-ın məlumatına görə, tərəflərin ilk dueli iyulun 23-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra reallaşacaq.

Əlbəttə, "xalq komandası"nın keçmiş SSRİ məkanını təmsil komanda ilə qarşılaşmasında müəyyən nostalji də var. Rəqibin Belarusun ən titullu klublarından olması mübarizəyə intriqa qatır.

"Dinamo" "Neftçi"dən 10 il öncə - 1927-ci ildə yaradılıb. SSRİ dönəmində ölkənin bir nömrəli klubu statusunu daşıyan minsklilər tarixin yaddaşına qovuşmuş imperiyanın elit çempionatında oynayan yeganə Belarus komandasıdır. "Ağ-göylər"in ən böyük uğuru 1982-ci ildə qeydə alınıb. Həmin vaxt paytaxt təmsilçisi SSRİ çempionu tituluna yiyələnibsə, 1954, 1963, 1983-cü illərdə yüksək liqada 3-cü yeri tutb.

Bakılıların rəqibi müstəqillik dönəmində də yüksək yerlər uğrunda mübarizə aparır, davamlı şəkildə qitəmiqyaslı yarışlara qatılır. Sözügedən komanda siyasi səbəblərdən son illərdə Belarus klublarına UEFA-nın tətbiq etdiyi sanksiyalara görə ev oyunlarına neytral meydanlarda çıxır. Minsk təmsilçisi bu mövsüm rəqiblərini Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda qəbul edir.

Komandanın öz stadionuna gəlincə, bu 22 min azarkeş tutumuna malik "Dinamo" Milli Olimpiya Stadionudur. Klubun prezidenti Andrey Tolmaç, baş məşqçisi Aleksandr Şaqoykodur. Minsk təmsilçisi ötən il çempionatdakı mübarizəni turnir cədvəlinin 2-ci pilləsində başa vurub. Şaqaykonun çalışdırdığı kollektivin hazırda davam edən yerli birincilikdəki performansı da alqışalayiqdir. 14 tura 33 xal toplayan komanda turnir cədvəlinin zirvəsində mövqe tutub.

"Dinamo" doqquz (1992, 1992/1993, 1993/1994, 1994/1995, 1995, 1997, 2004, 2023, 2024) dəfə Belarus çempionluğuna sevinib, 1992-ci il, 1993/1994 və 2002/2003 mövsümündə Belarus Kubokuna sahib çıxıb.

Hazırda Nigeriya, Fildişi Sahili, Mərkəzi Afrika Respublikası və Kamerundan olan legionerlərin də yer "Dinamo" əsasən yerli oyunçulardan qurulub. Klubun büdcəsi açıqlanmasa da, bu mənada "Neftçi"dən geri qaldığı şübhə doğurmur.

Toğrul

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:58

MPL: Son çempion "Zirə"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

Facebookdan bizi izləməyi unutmayın.
X