
"İmişli"nin yarımmüdafiəçisi Elmir Rəhimzadənin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.
Rəhimzadə MOİK-lə anlaşıb. 29 yaşlı futbolçunun yaxın günlərdə "hərbçilər" müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, nazirlik komandası geridə qalan mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Rəhbərliyin komandanı məqsədinə çatdıra bilməyən İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, sözügedən çalışdırıcı postunda saxlanılıb.
Nihat