
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin mərkəz müdafiəçi Raul Məmmədovun yeni mövsümə harada başlayacağı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son mövsümü "Kəpəz"də keçirən arxa xətt oyunçusu 1-ci Liqaya üz tutub.
22 yaşlı futbolçu MOİK-lə anlaşıb. Tərəflərin yaxın günlərdə müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, nazirlik komandası geridə qalan mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Rəhbərliyin komandanı məqsədinə çatdıra bilməyən İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, sözügedən çalışdırıcı postunda saxlanılıb.
Nihat