19:39 28.07.2026 125

"İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün maarifləndirici təlim təşkil olunub

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.

Fanat.Az quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.

Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.

Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.

Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.

AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyul 2026
21:14

Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib

20:58

"Sabah"dan tarixi uğur

20:51

ÇL: "Sabah" III təsnifat mərhələsində

20:14

"Real" ulduz vingeri rənglərinə bağlamağa yaxındır

19:39

"İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün maarifləndirici təlim təşkil olunub

19:09

"Qəbələ" portuqaliyalı vingerlə gücləndi

18:41

"Mingəçevir"in nə baş məşqçisi var, nə də bir futbolçusu - "İşıqçılar"ın aqibəti necə olacaq?

18:09

"Sabah" bu transferdən 5 milyon qazanacaq

17:48

Fərmanov da "Mingəçevir"dən getdi

17:24

Talişka ÇL matçından öncə belə danışdı

17:06

"Payde" ilə ikinci matç ərəfəsində "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəllidir

16:48

ÇSKA ilə cavab matçından öncə "Qarabağ"da üzlər gülür

16:26

"Arsenal" bu futbolçu üçün 100 milyon avro və Dyökereşi təklif edir

16:08

Lanqa ÇSKA ilə səfər matçında "Qarabağ"a kömək edə biləcəkmi? - Açıqlandı

15:50

Azərbaycan millisi Portuqaliyaya qalib gəldi

15:31

"Fənərbağça" Kante, Şerif və Muriqi haqda açıqlama yaydı

15:12

"Qarabağ" FK və "BonAqua" arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı

14:55

"Kəpəz"ə iki yeni hücumçu gəlir

14:36

"Səbail" toplanışa 16 futbolçu ilə başladı - Açıqlama

14:15

İlkin Muradov çempionluğa oynayan klubla razılığa gələ bilmədi

13:54

"Qarabağ"da parladı, bu kluba keçdi

13:32

Bakı klubu "Braqa"nın hücumçusu ilə gücləndi

13:14

Zidan Fransa millisinin baş məşqçisi təyin olundu - RƏSMİ

12:56

Portuqaliya nəhəngi "Qalatasaray"ın ulduzuna elçi düşdü

12:36

İstanbul nəhəngi Salahla danışıqları dayandırdı - Nə baş verir?

12:17

"Neftçi" "Zirə" ilə bu tarixdə qarşılaşacaq

11:58

Roland Şallai "Qalatasaray"ın darmadağınını şərh etdi - "Yaxşı vəziyyətdə deyilik"

11:39

"Fənərbağça" "Milan"ın ulduzu üçün rəsmən hərəkətə keçdi - Fabritsio Romano açıqladı

11:20

"Bolqarıstanda "Qarabağ"a nisbətən rahat olacaq, çünki..." - Arif Əsədov

11:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Qarabağ"ın rəqibi əzmkar qələbəyə sevindi - VİDEO

10:30

Dünya çempionatı: Daha 5 güləşçimiz mübarizəyə başlayır

10:11

ÇL: 3-cü mərhələyə adlayacaq ilk 6 komanda müəyyənləşir

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Mançester Siti" qapıçısını satmağa razılaşdı - Bu qiymətə

09:00

ÇL: "Sabah" Finlandiyada mərhələ adlaya biləcək?

00:35

İtalyanlar "Qalatasaray"ı darmadağın etdi

27 İyul 2026
23:58

"Real"ın ulduzları ona şərt qoyub: "Ya Arda, ya biz!"

23:12

"Real Madrid" Renato Veyqanı transfer siyahısına daxil etdi

22:54

Voleybol üzrə Avropa çempionatında 250 könüllü fəaliyyət göstərəcək

Facebookdan bizi izləməyi unutmayın.
X