
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün növbəti sınağına çıxıb.
Paytaxt təmsilçisi Finlandiyanın "KuPS" komandasının qonağı olub. Kuopio şəhərindəki "Vare Areena"da baş tutan qarşılaşma "bayquşlar"ın inamlı qələbəsilə yekunlaşıb.
Masazırda keçirilən ilk oyunda rəqibini minimal (1:0) hesabla məğlub edən təmsilçimiz səfərdə də qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, “Sabah” növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. KuPS isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
KuPS (Finlandiya) – Sabah 0:2
Qol: Velko Simiç, 53. Coy Lens Mikels, 70.
Hakimlər: Qal Leybovits, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail).
Kuopio. "Vare Areena".
(ilk oyun - 0:1)
"KuPS": 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen
"Sabah": 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina