
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da bu gün növbəti oyununa çıxacaq.
"Bayquşlar" “Orhus”la qarşılaşacaq. Danimarka təmsilçisi ilə ilk görüşü səfərdə keçirəcək Azərbaycan çempionu qələbə seriyasını davam etdirməyə, Randersdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Sloveniyadan olan hakimlər briqadasının idarə edəcəyi oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Cavab qarşılaşması gələn həftə sonra Masazırda keçiriləcək.
Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) mübarizədən kənarlaşdırıb. Üçüncü sədd keçiləcəyi halda, ÇL-in pley-offuna vəsiqə əldə edilməklə yanaşı, Avropa Liqasının əsas mərhələsində iştirak təmin olunacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
Orhus (Danimarka) – Sabah 1:0 (fasilə)
Qol: Y. Boqere, 31.
Hakimlər: Rade Obrenoviç, Aleksandr Kaspanoviç, Qreqa Kordej, Matey Yuq (hamısı Sloveniya).
Randers. "Cepheus Park".
"Orhus": 21 Kristiansen, 25 Rösler, 5 Tinqager, 19 Kal, 23 Andersson, 4 Knudsen, 16 Yönsson, 39 Emeri, 31 Bek, 28 Boqere, 10 Arnstad (k).
Ehtiyat oyunçular: 1 Hansen (qapıçı), 7 Solbakken, 8 Yörgensen, 11 Links, 13 Serra, 20 Kristiansson, 26 Andersen, 27 Çamçe, 29 Karstensen, 44 Kamara, 45 Storx, 46 Senquba.
"Sabah": 92 Stas Pokatilov (k), 27 Puxaç, 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 80 Akim Zedadka, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 20 Coy-Lens Mikels, 11 Kahim Parris.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.