
Bu yay büdcəsi azaldıldığı bəlli olan "Araz-Naxçıvan" yeni mövsümə Cavid Hüseynovun rəhbərliyi altında hazırlaşır. Hüseynovla əlaqə saxlayıb heyəti nə dərəcədə formalaşdıra bildiyini, transfer çalışmalarını tamamlayıb-tamamlanadıqlarını soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Heyət 90 faiz formalaşıb. İlk oyuna qədər 70 fazi hazır olmağı planlaşdırırıq. Futbolçuların əzmi, həvəsi optimal formaya gələcəyimizlə bağlı bizə inam verir. Hələ transfer işlərini tamamlamamışıq. Ola bilsin ki, heyətə daha bir futbolçu qatdıq".
Xatırladaq ki, "Araz-Naxçvan" Misli Premyer Liqasının ilk turunda meydan sahibi qismində "İmişli" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisinin "pələnglər"lə oyunu avqustun 15-də baş tutacaq. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək.
Nihat