
Yeni mövsümün hazırlığını davam etdirən 1-ci Liqa təmsilçisi MOİK-in son iki yoxlama oyunlarını hansı rəqiblərə qarşı keçirəcəyi bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, nazirlik komandasının "Difai" ilə planlaşdırılan sınaq matçı ləğv edilib.
"Hərbçilər" avqustun 22-də "Qaradağ Lökbatan", 27-də isə "Zəngəzur"la üz-üzə gələcək.
MOİK ötən mövsüm sözügedən çempionatdakı mübarizəni indiki baş məşqçisi İlham Yadullayevin rəhbərliyi altında turnir cədvəlinin 6-cı pilləsində yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 3-də başlayacaq.
Nihat