
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" – "Şamaxı" qarşılaşması qolsuz bərabərliklə başa çatıb (0:0).
Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisi matçdakı idarəçilikdən narazı qalıb.
Meydan sahibi komanda bununla bağlı rəsmi bəyanat yayaraq hakim qərarına etirazını bildirib. Klub sosial media hesabında paylaşılan görüntüdə topun rəqib qapısının xəttini tam şəkildə keçdiyini iddia edib. "Turan Tovuz" AFFA Hakimilər Komitəsinə müraciət edib:
"Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi. AFFA Hakimilər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbirtsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"
Sözügedən matçın icmalını təqdim edirik: