
Misli Premyer Liqasının 2-ci turunda "Şamaxı" ilə qarşılaşacaq "Turan Tovuz" ev oyununa itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurd"ların sözçüsü Süleyman Tağıyev bildirib.
Komandada cəzalı oyunçu yoxdur. Zədəlilərə gəlincə, baş məşqçi Kurban Berdiyev 3 futbolçunun xidmətindən məhrumdur. Belə ki, o, Denis Marandiçi, Roderik Miller və Dioqu Balaunu "aslanlar"a qarşı görüşdə oynada bilməyəcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" matçı bu gün, avqustun 23-də baş tutacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək. İlk turda Şamaxı təmsilçisi "Qarabağ"a uduzubsa (1:3), "boz qurdlar" "Qəbələ"ni yenib - 1:0.
Mirağa