
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.
Görüş saat 20:45-də start götürəcək.
İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.