
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 2-ci turunda “Şamaxı”nı qəbul edib.
Fanat.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Türkmənistanlı çalışdırıcı ilk hissədə çox pis oynadıqlarını bildirib:
“İlk hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. Deyə bilmərəm ki, ikinci hissədə yaxşı oldu, amma birinciyə nisbətən normal idi. Cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini hər kəs gördü, bircə hakimdən başqa”.