23:32 23.08.2026 165

"Çalışacam ki, bir daha sizi məyus etməyim" - Yuri Vernidub

Bu gün Misli Premyer Liqasında 2-ci tura yekun vurulub. "Neftçi"  "Araz-Naxçıvan"la qarşılaşıb. “Ağ-qaralar” 5:0 hesablı qələbə qazanıblar.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirib:

 - "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsininin səbəbi bu ola bilər? 

- Mənə bu suala cavab vermək çətindir. Bəli, təlim-məşq toplanışına daha tez başlamışdıq. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oynamışdıq. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib də yaxşı oynayırdı. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik."

- İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının xərclənməsi sizi narahat etdimi?

- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə eyni halda davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bundan istifadə edə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm. 

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişik nə deyə bilərsiniz?

- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo Minsk"lə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt edirlər. Hər biri göstərdi ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. Növbəti matçlara hazırlaşmaq önəmlidir. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.

- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?

- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir nailiyyətdir. 

- "Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndiniz demək olarmı “Neftçi” standart vəziyyətlərinə yaxşı hazırlaşır?

- Çempionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq. 

- "Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladığınızı dediniz…

- "Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də, yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim."

Əlisahib İbrahimli

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 Avqust 2026
02:00

La Liqa: "Barselona" darmadağına sevindi

01:33

Super Liqa: Salahın dublu komandasına 3 xal qazandırdı

01:16

A Seriyası: "Milan" səfərdən 3 xalla dönür

00:59

Liqa 1: Yeni mövsümün ilk turuna yekun vuruldu

23 Avqust 2026
23:44

"Bu mövsüm də hədəf avrokuboklardır" - Zaur İsmayılov

23:32

"Çalışacam ki, bir daha sizi məyus etməyim" - Yuri Vernidub

23:18

Kurban Berdıyev "Şamaxı" ilə matçdan sonra belə danışdı

22:58

"Minumum səhvlə və əzmlə oynadıq" - Azər Bağırov

22:37

MPL: Tovuzda qol səsi çıxmadı, "Neftçi" "Araz-Naxçıvan"a aman vermədi

22:22

"4800 azarkeşin gördüyünü baş hakim görmədi" - Tovuz klubundan etiraz

22:09

Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar

21:49

"Barselona"nın yeni hücumçu siyahısı bəlli oldu

21:24

"Mançester Siti"dən 100 milyonluq transfer

20:49

"Bolonya" "Portu"nun müdafiəçisi üçün hərəkətə keçdi

20:20

"Lill" qapıçı transferini rəsmiləşdirdi

19:44

"Liverpul" PSJ-nin iki ulduzuna göz dikib

19:15

Mateta "Kristal Pelas"ı FİFA-ya şikayət etdi

18:47

Xulian Alvares "Arsenal"a "hə" deyə bilər

18:12

"Krasnodar" Jelson Martinşlə maraqlanır

17:56

"Real Madrid"in forvardı "Liverpul"a keçid edə bilər

17:20

Ceyden Ostervolde "Roma"ya keçid edir

16:47

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

16:15

"Trabzonspor" Fabinyonu istəyir

15:54

Joze Mourinyu: "Bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub"

15:10

Darvin Nunyesin yeni klubu rəsmən açıqlandı

14:40

"Fənərbağça" Kərəm Aktürkoğlu barədə açıqlama yaydı - SON DURUM

14:09

Berdiyev "Şamaxı" ilə oyunda 3 futbolçusunun xidmətindən məhrumdur

13:44

Azərbaycan cüdoçuları 4 medal qazandılar

13:15

"Sabah"ın oyununun hakimləri açıqlandı

12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

Facebookdan bizi izləməyi unutmayın.
X