
“İki fərqli hissə izlədik. Buraxılan ardıcıl erkən qollar oyunun taleyini həll etdi. İlk yarıda vurulan 4 qol hər şeyi bitirdi. 5-ci qolu da oyunun sonlarında buraxdıq. Rəqibin heyətində keyfiyyətli oyunçular var. Çətin rəqib olacaqlarını bilirdik. Ardıcıl buraxılan qollar komandanı sındırdı”.
Fanat.Az xəbər verir ki, sözləri Misli Premyer Liqasının 2-ci turunun son oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov deyib.
-Avropa ilə bağlı hədəfləriniz nələrdir?
-“Bu mövsüm də hədəf avrokuboklardır”.
-Transferlər barədə nə deyə bilərsiniz? Əlavə oyunçular alınacaq?
“Transferləri bağlamışıq. Komanda oyununu tam tuta bilməyib. Lazımsız top itkiləri olurdu. Heyət tam formalaşmayıb”.
-Patrik Andrade komandaya kapitan kimi motivasiya verir?
“Təcrübəsi var. Ona inamımız böyükdür”.
Əlisahib İbrahimli