
Misli Premyer Liqasının 4-cü turunda "Qarabağ"ın qonağı olacaq "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Naxçıvan klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, ilk 3 oyunda 1 xal qazanan komanda "ağ-qaralar"la oyuna baş məşqçi Cavid Hüseynovun rəhbərliyi altında tam heyətlə hazırlaşır.
Hər hansı itki olmadığı bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" matçı sentyabrın 6-da keçiriləcək. Tofq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş 20:15-də başlayacaq.
Nihat