
1-ci Liqanın açılış turunda Şamaxı OİK stadionunda "Gəncəbasar"ı qəbul edən "Şimal" 1:2 hesabı ilə məğlub oldu. Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Gənc mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"İlk oyun olduğuna görə rəqibi yaxşı tanımırdıq. Buna baxmayaraq, yaxşı məşqt etmiş, matça səylə hazırlaşmışdıq. "Gəncəbasar"la meydanda tanış olduq. Yeni yığılsa da, yaxşı kollektivdir. Uşaqlar pis təsir bağışlamadılar. Tapşırıqları 60-70 faiz yerinə yetirdilər. Xal qazanmaq üçün əlllərindən gələni etdilər. Əslində, meydandan bərabərliklə ayrılmaq şansımız da var idi. Sona yaxın qol buraxdığımız və uduzduğumuz üçün məyus olduq. Amma çox da üzülməyə dəyməz. Bu qarşılaşma artıq geridə qaldı. İrəli baxmalıyıq.Qarşıda çox oyunumuz var. Hələ xal və xallar qazanmaq imkanımız olacaq. Oyunda-oyuna "artıracağımıza" inanıram. Bir-iki yeni transfer də edəcəyik".
Xatırladaq ki, "Şimal" 2-ci turda qonaq qismində MOİK-lə üz-üzə gələcək.
Nihat