
Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçında "Qarabağ" "Araz-Naxçıvan" üzərində çətin qələbəyə sevinib.
Matçdan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov jurnalistlərin suallarını cavablandırıb:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Maraqlı və gərgin oyun keçdi. İkinci hissədə hesabı minimuma endirdik. Təəssüf ki, bərabərlik olmadı."
– "Neftçi" ilə oyunla müqayisədə komandada yaxşı mənada dəyişiklik var idi, bu barədə nə deyə bilərsiniz?
"Bu oyunda uşaqlar daha yaxşı mübarizə apardılar. Rəqibi təzyiqdə saxladıq və qollar vurduq."
– "Qarabağ" kimi komandaya 2 qol vurdunuz, bu barədə nə deyə bilərsiniz?
– Hər iki qolu standart vəziyyətdən vurduq. Qol vurmağımıza baxmayaraq yenildik, təəssüf.
Kamil Xudiyev