
Bu gün Misli Premyer Liqasında 4-cü tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edİb. Meydan sahibləri əzmkar qələbəyə seviniblər (2:1).
Matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev fikirlərini jurnalistlərlə bölüşüb:
"Güman etdiyimiz kimi oyun ağır keçdi. Bu gün qələbə psixoloji cəhətdən yaxşı oyundan daha vacib idi. Bəzi epizodlarda pis oynamadıq. Ama bəzi məqamlar var ki, üzərində işləməliyik".