
Misli Premyer Liqasının ilk 4 turunda keçirdiyi 3 oyunda xal qazana bilməyən "Sumqayıt"ın baş məşqçisi Filipe Kandidunun aqibətinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik uğursuzluğa rəğmən, portuqaliyalı mütəxəssislə bağlı qərar verməyə tələsmir.
Belə ki, "Sabah"la oyunu təxirə salınan "kimyaçılar"ın iddialılara uduzması (komanda "Neftçi"yə 1:3, "Qarabağ"a 0:1, "Turan Tovuz"a 1:2 hesabları ilə yenilib - red.) idarəçilərin indilik gözləmə mövqeyində qalmasını şərtləndirən əsas amildir. Millki komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər Kandidunun postunda qlacağı dəqiqdir. Yəni 21 sentyabr tarixinədək baş tutacaq "Şamaxı" ilə ev və "Kəpəz"lə səfər qarşılaşmalarının nəticəsi əcnəbi mütəxəssisin taleyi baxımından həlledici olacaq.
Xatırladaq ki, Kandidu bu yay baş məşqçi postunda serbiyalı mütəxəssis Saşa İliçi əvəzləyib.
Nihat