
AFFA tərəfindən Bakı İqlim Həftəsi çərçivəsində Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün "Futbolda dayanıqlıq" mövzusunda seminar təşkil olunub.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Tədbirdə iqlim dəyişikliyi, ətraf mühitin qorunması, futbolun ekoloji təsiri və dayanıqlı gələcəyin formalaşdırılması mövzuları müzakirə olunub.
Seminar çərçivəsində mütəxəssislər bilik və təcrübələrini iştirakçılarla bölüşərək futbolda dayanıqlı yanaşmaların əhəmiyyətinə diqqət çəkiblər.