
Misli Premyer Liqasının 5-ci turunda "Sabah"ı qəbul edəcək "Şəfa"nın son çempionla oyuna neçə itki ilə çıxacağı bəllidir.
Bu barədə Fanat.Az-a Bakı təmsilçisinin sözçüsü Heybət Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Gənc yarımmüdafiəçi Eltun Babazadə və braziliyalı hücumçu Luis Felipe zədə səbəbindən oyunu kənardan izləyəcəklər".
Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması sentyabrın 14-də keçiriləcək. "SOCAR Polymer Arena"da baş tutacaq matçın start fiti 19:00-da səsləndiriləcək. Hazırda 3 xalı olan "hepardlar" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutblarsa, 9 xala malik "bayquşlar" 2-ci sırada qərarlaşıblar. "Sabah"ın ehtiyatda 1 oyunu da var.
Nihat