
Nigeriyalı mərkəz müdafiəçisi Alaqa Kehinde Oduvalamilare karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçunun 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə müqavilə bağlayacağı gözlənilir.
O, tibbi müayinədən uğurla keçsə, 1 mövsümlük sazişə imza atacaq.
Qeyd edək ki, mövsümün hazırlığına avqustda başlayan "işıqçılar" Elman Sultanoun rəhbərliyi altında ilk 2 turda 1 xal qazanıblar. Açılış turunda öz meydanında "Zaqatala" ilə 2:2 hesablı məhsuldar bərabərliyə razılaşan "Mingəçevir" ardından qonaq qimsində "Səbail"ə uduzub - 1:2. Aran təmsilçisi 3-cü turda "Gəncəbasar"ı qəbul edəcək.
Nihat