
1-ci Liqanın 2-ci turunda MOİK-in qonağı olan "Şimal" 1:1 hesablı heç-heçə sayəsində cari mövsüm ilk xalını qazandı. Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb Binə qəsəbə stadionunda qeydə alınan bərabərliyi dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"MOİK doğrudan da keyfiyyətli futbolçulardan qurulmuş komandadır. Geniş heyətləri var. İlk oyunların həmişə çətin keçdiyini nəzərə alsaq, MOİK-in də getdikcə sürət yığacağını düşünürəm. Çempionluğa oynayan komanda ilə qarşılaşdıq.
Məqsədimiz xal qazanmaq idi. Matça səylə hazırlaşmışdıq. Çempionatda qalmaq üçün hər oyunda xarakter göstərməli, sonadək mübarizə aparmalıyıq. Bilirik ki, bu, asan olmayacaq. Amma öhdəsindən gəlməyə, qarşıdakı oyunlarda da xal və xallar qazanmağa çalışacağıq. Komandamızın növbəti qarşılaşmalarda daha yaxşı təsir bağışlayacağına inanıram".
Nihat