
"Neftçi" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzindəki qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Ağ-qaralar" rəqibini iki cavabsız qolla üstələyib.
Qolları Alen Şkribek və Andrey Ştoqrin vurub.