
Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu yığma Moldovanın uyğun yaş qrupundan ibarət seçməsi ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionundakı görüş saat 18:00-da start götürəcək.
Xatırladaq ki, U-20 oktyabrın 6-da eyni məkanda Yaponiya ilə üz-üzə gələcək.