"Kəpəz” Topaz Premyer Liqasının hazırkı mövsümündə doğma meydanda ilk oyununu oktyabrın 21-də keçirəcək.
Fanat.az klubun saytına istinadən xəbər verir ki, qərblilər Gəncə şəhər stadionunda "Neftçi”ni qəbul edəcəklər.
Komanda qarşıdakı oyunla bağlı bu gündən Bakıda məşqlərə başlayıb. "Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır.
"Sarı-göylər"in oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.
Fanat.Az