Türkiyənin tanınmış xanım siyasətçisi Meral Akşenerin yaratdığı yeni partiyanın - "İYİ Partiya"nın toplantısında Azərbaycan bayraqları dalğalandırılıb, "Qarabağ” klubuna mesaj göndərilib.
Fanat.Az xəbər verir ki, toplantı iştirakçıları A4 vərəqlərinə "Qarabağ” yazaraq kluba dəstək veriblər. Bundan başqa, toplantı salonunda Azərbaycan bayraqları da dalğalandırılıb.
Bir neçə gün əvvəl "Sabah” qəzetinin yazarı Mövlud Tezel "Qarabağ” azarkeşləri haqqında təhqiredici məqalə yazmışdı. Lakin daha sonra o, səhvini başa düşərək Azərbaycan xalqından üzr istəmişdi.
Qeyd edək ki, Avropa mətbuatı Meral Akşeneri "Türkiyənin dəmir ledisi” adlandırır.
Fanat.Az