Litvanın paytaxtı Vilnüsdə keçirilən "Ateitis Cup” turnirinə start verilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yarışda qüvvəsini sınayan "Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. C qrupunda mübarizə aparan "qırmızı-qaralar” ilk turda Litvanın "Vilnüs” komandasını sınağa çəkib. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib.
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviya "Dauqavpils”inə qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
Qeyd edək ki, "Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Təmsilçimiz Finlandiyanın "Maski” və Belarusun "Smena” komandaları ilə qarşılaşacaq.
Fanat.Az