"İnter" "Keşlə" adı ilə uğurla başlamaq istəyirdi. Lakin bu görüş bizim üçün də çox önəmli idi. Futbolçular gözəl oyundan çox öz xarakterlərini göstərməli idilər. İntriqanı saxlamaq üçün udmalı idik".
Bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının X turunda "Keşlə" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra söyləyib. Təcrübəli mütəxəssis deyib ki, komanda uduzduqca üzərində məğlub xofu olur. O, qələbə əzmini qaytarmaq baxımından vacib 3 xal əldə etdikərini qeyd edib.
Ş. Diniyev matçın 17-ci dəqiqəsində zədələnən oğlu Kərim Diniyevin və Viktor Oseqeylin durumu barədə də danışıb: "Kərim "Kəpəz" üçün açar futbolçulardan biridir. Ortanın "betonlanması" baxımındam vacibdir. Onun zədə üzündən əvəzlənməsindən sonra boşluqlar oldu. Lakin uşaqlar xarakter göstərdilər. Viktorun zədəsi ciddi deyil, Kərimin vəziyyətinə isə sabah müayinədən sonra aydınlıq gələcək".("Report")
Fanat.Az