Çepionlar Liqasının qrup mərhələsinin IV turuna hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) matçını alman hakimlərə tapşırıb.
Matçı türk əsilli Deniz Aytekin idarə edəcək. Ona Quide Kleve və Markus Heker yardımçı olacaq. Dördüncü hakim funksiyasını Eduard Beytinqer, əlavə köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Brand yerinə yetirəcək.
Hakimlərin işinə portuqaliyalı hakim-inspektor Vitor Manuel Melo Pereyra qiymət verəcək. Görüşün UEFA nümayəndəsi xorvat Duşko Qrabovaç olacaq.
Qeyd edək ki, "Atletiko” – "Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fanat.Az