20:33 29.10.2017 1580

Tərlan Əhmədov: "Özümlə qürur duyuram”

"Fanatlarımıza təşəkkür edirəm. Bizə sona qədər dəstək oldular, əla atmosfer yaratmışdılar. Artıq komandaya fanatların dəstəyi var, klublarını sevməyə başlayıblar”. Fanat.Az, xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Topaz Premyer Liqasının X turunda "Sumqayıt”ı qəbul edən paytaxt təmsilçisi son dəqiqələrdə vurduğu qol sayəsində 2:1 hesablı qələbə qazanıb.
 
Matçdan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun qalibiyyət şərhi belə olub: "Oyunçularıma təşəkkür edirəm. Gəncə səfərindən sonra vurğulamışdım ki, bu, ən ağır oyunlarımızdan biri olacaq. Rəqib meydanda çox işgüzarlıq göstərir. Bəzi zəif cəhətləri var. "Sumqayıt” sona yaxın müdafiəyə çəkilir, biz də hücumu gücləndirdik. Hər iki komanda gözəl futbol göstərdi. Əzmkarlıq sayəsində qələbə qazandıq. Bu futbolçularla işlədiyim üçün özümlə qürur duyuram”.
 
- Mövsümün əvvəlindən baş məşqçi olsaydınız, komanda hazırda neçənci yerdə gedərdi?
- Hər şey zərurətdən irəli gəlir. Bəlkə, əksinə olacaqdı. Sadəcə, göstərilən etimadı doğrultmağa çalışırıq. 4 qələbə hələ heç nə deyil. Yolun əvvəlindəyik. 4 tur əvvəl hamı "Neftçi”ni 3 xallıq komanda sayırdı. Amma indi bizə diqqət başqa cürdü. Bu üzdən işimiz getdikcə çətinləşir. Eyforiyaya qapılmamalıyıq.
 
- Sizə elə gəlmir ki, oyunçularda özünəinam arxayınlığa çevrilib?
- Komandada istək həddən artıq çox idi. Qolu hissənin sonlarına yaxın buraxdıq. Bu, mənim üçün siqnal idi. Arxayınlıq yox, həyəcan var idi. Bunu da aradan götürə bildik.
 
- Turnir cədvəlinə baxanda görürük ki, əsl sınağınız bundan sonra olacaq...
- Bura gələndə 2 oyun uduzduq, dedilər ki, komanda gedir. Qalib gələndə başqa söz dedilər. Gələndə çalışdım ki, komandanı düşdüyü durumdan çıxarım. 4 qələbə sözü verməmişdim. Mən özünəinam yaratmağa çalışdım.
 
- Böyükağa Hacıyev müsahibəsində deyib ki, Tərlan mənim məktəbimi keçib...
- Ona minnətdaram. Allah şəfasını versin.
 
- Zaur Svanadze "Keşlə” komandasından göndərildi və çempionatda sadəcə 1 əcnəbi məşqçi qaldı. Bu, yaxşı, yoxsa pis haldı?
- Heç bir məşqçiyə istefa arzulamazdım. Deyəcəyim bir şey yoxdu. Yerlilərlə yanaşı, əcnəbi də olsun ki, futbolumuz inkişaf etsin.
 
- Növbəti turda "Zirə” ilə qarşılaşacaqsınız. İlk görüşdəki məğlubiyyət sizi daha həvəsli etməyəcək?
- Mən məğlub oldum prinsipi ilə yaşamıram. "Zirə” ilə 3 dəfə görüşəcəyik. Öz işimizi davam etdirib, 3 xal üçün meydana çıxacağıq.
 
Mənbə: apasport
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X