02:29 01.11.2017 1693

Qurban Qurbanov: "Futbolçularımız bərkiməli, belə oyunlardan zövq almalıdılar"

 

Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko” ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis öncə bərabərliyi dəyərləndirib: 


- Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. "Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram. 

- "Atletiko” ilə ilk oyunda da qırmızı vərəqə olmuşdu, bu dəfə də...

- İlk oyundan sonra yalnış qərar olduğunu demişdim. Ancaq məncə, bu dəfə hakim haqlı idi. Pedro ayağını çox yuxarı qaldırmışdı.

- Rəqiblər müəyyənləşdikdən sonra hamı "Qarabağ”a autsayder kimi baxırdı. Amma ən güclü rəqibdən 2 xal aldız. Artıq hədəfə çatdığınızı demək olar? Yoxsa qarşıda başqa hədəf də var?

- Çox güclü qrupa düşmüşük. Hər bir komandanın lider olmaq potensialı var. Belə oyunlara ehtiyacımız var. Futbolçular bərkiməlidirlər, belə oyunlardan zövq almalıdırlar. Hətta uduzsaq belə, nəticə hamıya inam verir. Qarşıdakı oyunlarda da buna çalışmalıyıq. Çünki nəticə önəmlidi. İmkanımız varsa, maksimum hazırlaşacağıq. Durmaq isətmirik. Əksinə, potensialımızı açmaq istəyirik.

- Siz qeyd elədiz ki, belə turnirlərdə iştiraka ehtiyacınız var. Gələn ildən "Qarabağ” kimi komandaların Çempionlar Liqasına düşməsi çətinləşəcək. Bu haqda nə deyə bilərsiz?

- İndi bu haqda dəqiq nəsə demək çətindi. Bəlkə də doğru qərardı. Amma hər bir komanda bu turnirdə iştirakdan sonra hər il qatılmaq istəyir. Gələcəkdə işimiz ağır olacaq. Potensialımızı gücləndirməliyik. Nə qərar qəbul etsələr, buna əməl etməyə borcluyuq.

- İkinci hissədə Enrikenin qırmızı vərəqə görməsi və Geryenin zədələnməsi planları pozdumu?

- İtki olanda plan pozulur. Qırmızı vərəqə haqda düşünmürdük. Zədə hardasa ola bilər. Amma "qırmızı” planı pozur. Futbolda mütləq qırmızı, sarı vərəqələr, oyunçu itkisi olacaq. Amma futbolçular belə böyüyürlər. Bu turnirdə oynamaq onlara çox fayda verdi. Nəticə öz yerində. Geryenin zədəsi bu gün yox, amma sabah bizim üçün problem ola bilər.

- Bu gün "Qarabağ” oyun planında ÇL-də son 4 ildə 2 dəfə final oynamış "Atletiko”nu üstələdi. Buna görə hansı hissləri keçirirsiz?

- Məğlub olmağın, nəticə qazanmağın öz məsuliyyəti var. Bu cür oyunlar məsuliyyətimizi artırır. Belə nəticələr bizi rahat olmağa qoymur. Sevinmək bir anlıq olur. Qarşıda ağır oyunlarımız var. Mütləq diqqətli və sadə olmalı, işimizə daha yaxşı yanaşmalıyıq. Bunlar təsadüf yox, daimi olmalıdı.

- Komandanız fasiləyə gözlənilmədən öndə yollandı. Yəqin bunu siz də gözləmirdiz. Fasilədə komanda ilə nə danışdız, kimə nə dediz?

- Hər oyunun, hər hissənin öz analizləri, açıqlamaları var. Oyundan öncə hər şeyə hazır olmalıyıq. Rəqibi analiz edib, futbolçulara tapşırıqlar veririk. Fasilədə həmin tapşırıqların bir az da üzərinə gedirik. Bəzi futbolçularla əlavə söhbətlər olur. Ancaq bunu burda açıqlaya bilmərəm. Qoldan sonra komandada gərginlik oldu. Bunu üzərimizdən atmaq üçün fasilədə danışdıq. Özünüz də gördünüz ki, qapımızda qol gördükdən sonra da aktiv oynamağa çalışdıq.

- "Qarabağ” imkanına görə Çempionlar Liqasında ən axırıncı komandadı. Ancaq bu gün həm komandanız, həm də siz özünüzü sübut elədiz. Bu turnirin yekununda başqa ölkələrdən hansısa təklif gözləyirsizmi?

- Açığı, belə bir təklif haqda düşünmürəm. Elə bir komandadayam ki, burda işimi daha da yaxşılaşdırmağa çalışıram. Bu günə kimi bu barədə düşünməmişəm. Həmişə Azərbaycan futboluna kiçik də olsa fayda verməyə çalışmışam. Belə oyunlara ehtiyacımız var.
 
 
Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X