09:15 01.11.2017 1628

Rəşad Sadıqov: \"Səfərdə \"Atletiko\"yla 1:1 oynamaq əla nəticədi\"

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov "Atletiko” ilə 1:1 bitən matçın ardından jurnalistlərin önünə çıxıb. Fanat.Az xəbər verir ki, təcrübəli arxa xətt oyunçusu öncə tarixi bərabərliyi dəyərləndirib:

Oyun haqda ətraflı danışmaq üçün yenidən baxmaq lazımdı. Çünki böyük təzyiq var idi. Oyunu 60-70 min azarkeş izləyirdi. Bir anda stadion doldu. Halbuki, komandalar isinmə hərəkətləri edəndə stadion hələ boş idi. Paltardəyişmə otağına girdik-çıxdıq, gördük ki, stadion dolub. Rəqib oyuna basqılı başladı. Belə olacağını bilirdik. Buna hazırlaşmışdıq. Amma yenə də matçın əvvəlində təhlükəli hücumları oldu. Şükür ki, sonra yavaş-yavaş oyun "soyumağa” başladı. Topa nəzarət edirdik, bəzən hücumlar qururduq. Oyun haqda çox danışmaq olar. Ancaq indi nə deyəcəyimi bilmirəm.

- Gərgin oyun alındı. Bunu karyerandakı ən ağır oyunlardan biri saymaq olarmı?

- Olar. Ən ağır və eyni zamanda uğurlu oyunlarımdan biri idi. Səfərdə "Atletiko” kimi komandaya qarşı 90 dəqiqə mübarizə apardıq. Çox çətin idi. Allahın izni ilə buradan yaxşı nəticə ilə qayıdırıq.

- Qırmızı vərəqədən sonra müdafiəyə daha çox diqqət yetirməyə başladız. Rəqib təzyiqi artırdı. Sanki hər şey bir anda baş verdi...

- Qol buraxandan sonra hücumlara atılmağa başladıq. Ansinin uzaqdan zərbəsi var idi. Bu anda qırmızı vərəqə aldıq. Müdafiəyə çəkilməyə məcbur olduq. Əks-hücumlara bel bağlayırdıq. Amma "Atletiko” kimi komandayla azlıqda oynamaq çox çətin idi.

- İlk dəfə iştirak etdiyiniz turnirdə Çempionlar Liqasının favoritlərindən birindən hər iki oyunda xal aldız. Qazandığınız 2 xalla hədəfə çatdığınızı söyləmək olar?

- Mövsümün əvvəlindən qarşımıza böyük hədəflər qoymamışdıq ki, gedib Çempionlar Liqasında xal qazanmalıyıq. Açıqlamalarımı yadınıza salsaz, həmişə demişəm ki, qarşımızdakı oyunu düşünürük. İmkan daxilində hər bir oyundan yaxşı nəticə ilə ayrılmaq istəmişik. "Samtrediya” ilə oyundan tutmuş "Atletiko” ilə görüşə qədər... Yenə də "2 xal qazandıq, gələn oyunlarda istirahət edək” kimi fikirlərimiz yoxdu. Qarşıda "Çelsi” ilə oyun var. Hazırlaşmaq üçün vaxtımız qalır. Həmin oyunda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Azərbaycan çempionatında oyunlarınıza 1000 nəfər azarkeş gəlir. Sonra belə bir möhtəşəm atmosferdə meydana çıxırsız. Bu ikisini müqayisə edəndə hansı hissləri keçirirsən?

- Son vaxtlar bu cür dolu tibunalar qarşısında çox oyunlar keçiririk. Həm milli səviyyəsində, həm də Çempionlar Liqasında belə atmosferdə oynamaq çox xoşdu. Çox fərqli hisslərdi. Çempionat oyununda bir söz deyirsən, tribunada eşidilir. Ancaq burda nə qədər qışqırsan da, komanda yoldaşına söz deyə bilmirsən. Artıq qışqırmırsan ki, güc itirməyəsən. Belədə ümid qalır bir-birimizi başa düşməyə. Neçə illərdi eyni komandada oynayırıq. Bilirik ki, kim hara qaçacaq. Ümumi götürsək, bu cür publika qarşısında "Atletiko”ya qarşı oynamaq bizə zövq verir.

- Oyundan əvvəl sənə deyilsəydi ki, görüş 1:1 başa çatacaq, buna reaksiyan necə olardı?

- Təbii ki, oyundan qabaq 1:1-ə razı olardıq. "Atletiko” kimi komanda ilə səfərdə 1:1 oynamaq əla nəticədi.
 
 Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X