"Atletiko"nun kapitanı Qabi "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra özündən çıxıb.
Fanat.Az xəbər verir ki, heç-heçəyə şərh verən futbolçu Avroliqanı zibil adlandırıb: "Azarkeşlərimizə sözüm yoxdu. Onlara belə dəstəyə görə yalnız təşəkkür edə bilərəm. İlk yarıda qol buraxdıq. Vəziyyəti dəyişmək istəsək də buna nail olmağı bacarmadıq. Məyusuq. Hərçənd bu, bizə dərs olmalıdı. Avroliqada oynaya bilərik? Hazırda Avropa Liqası zibildi. Amma mənə çox şey verib. Biz orda mübarizə aparsaq, həmişəki kimi qalib olarıq".
Fanat.Az