"Çempionlar Liqasına yaxşı başlamasaq da, turdan-tura "artırmışıq". Bizi qarşıda "Çelsi" ilə ev oyunu gözləyir və həmin matçda qələbə qazanmalıyıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera deyib.
"Atletiko"yla səfər qarşılaşmasında (1:1) komandasının yeganə qoluna imza atan ispan yarımmüdafiəçi Çempionlar Liqası çərçivəsində keçirilən görüşün ardından ölkəsinin mətbuatına açıqlama verib. O, meydan amilindən faydalana biləcəklərini söyləyib: "Azarkeşlərimizin dəstəyi altında inamlı oynayacağımızı düşünürəm. Doğma meydan amili işə yaraya bilər. Özümüzü yaxşı tərəfdən göstərməliyik".
Fanat.Az