11:03 03.11.2017 1564

“Kəpəz”dəki maliyyə pozuntularının təfərrüatı

"Kəpəz”də sular durulmur. Hər keçən gün yeni faktlar ortaya çıxır, yeni məsələlər gündəmə gəlir. Yeyintilərin yeni təfərrüatları məlum olub.
 
Maliyyə fırıldağı ifşa edilən və "Kəpəz”in Müşahidə Şurasından kənarlaşdırılan Mikayıl Nərimanoğlu başqalarını da oyununa alət edibmiş. Çox böyük məbləğlərin arxasına keçən və bu səbəbdən AFFA rəhbərliyinin qəzəbinə gələrək departament müdirliyindən də qovulan Mikayıl bəyin geri dönüşü mümkün deyil. Komitələrlə iş üzrə koordinator təyin edilən Nərimanoğlu qısa müddətdən sonra bu işlə də vidalaşacaq.
 
Onu "Kəpəz”də tora salan icraçı direktor Cabir İbrahimov isə indi özü cəncəldədi. Mikayıl bəyin ardınca, indi də onu çək-çevir edirlər.
 
Maraqlıdı ki, Gəncə klubunda bu cütlüyün yeyintisinin 2 milyon manatdan çox olduğu haqda şaiyələr gəzir. Təbii ki, klubun büdcəsinin 1 milyon manat civarında olduğunu nəzərə alsaq, hətta 2-3 ilə də bu qədər yeyinti mümkünsüzdü. Amma Nərimanoğlu gizləndikcə və açıqlama vermədikcə belə şaiyələr də qaçılmazdı.
 
Bununla belə, AFFA-nın baş katibi Elxan Məmmədovun "maliyyə pozuntusu var, amma kritik həddə deyil” açıqlaması da düşünməyə əsas verir? Əcəba, nə qədərdi?
 
Özəl mənbələrimizdən dəqiqləşdirmişik ki, Mikayıl bəy hər xırda xərcdən də öz payını götürürmüş. Onun ən böyük yeyintiləri isə məşqçilərdən olub. Baş məşqçinin real maaşının üzərinə 3,5 min əlavə edərək özü götürürmüş. Köməkçilərin əməkhaqqı 2000 manatdısa, Mikayıl bəy onları siyahıya 5000 manat kimi salırmış. Uşaq məşqçilərinin maaşı 400 manatdı, amma Nərimanoğlu onlara görə AFFA-dan 600 manat tələb edirmiş.
 
Özünün aldığı 7000 manatla kifayətlənməyən Mikayıl bəy bir sıra adamların adına da maaş yazıb, özü götürürmüş. Onlardan biri də komandanın sabiq icraçı direktoru Mehman Allahverdiyevin bacanağıdı. UEFA tələblərinə görə, hər klubda təhlükəsizlik məsələlərinə cavabdeh rəhbər şəxs olmalıdı. Gəncə klubunda da bu post var imiş, 2 il öncə İlham adlı şəxs bura təyinat alıbmış. Amma Allahverdiyevin bacanağı təyin olunduğu gündəcə işdən "alınmadı” bəhanəsi ilə uzaqlaşdırılıbmış. Bununla belə, onun adına 2 ildi maaş yazılırmış və ciblərə ötürülürmüş. İbrahimovun detalları açmasından sonra İlham bəy kluba gələrək sənədlərini istəyib və yeyintinin üstü açılıb.
 
Xatırlayırsızsa, bir neçə gün öncə klubun təhlükəsizlik xidmətinə Elmar Əliyev təyinat aldı. Onun təyinatı elə bu hay-küydən sonra boşalan postun doldurulması üçün reallaşdı. Çünki bu vəzifə boş qala bilməzdi. Amma klub onu kimin yerinə təyin etdiyini açıqlamadı. Deməli, vakant posta görə kəsilən maaş 2 ildi Nərimanoğlunun cibinə gedirmiş. Mikayıl bəy oğlunun da adını klubun maaş cədvəlinə salıbmış.
 
Əslində, əksər klublarımızda bu cür oyunlar gedir. Sadəcə, belə faktların açılması üçün daxildən kiminsə ifşa etməsi şərtdi. Amma bu addımı atan Cabir bəy də sənədlərə atdığı imzaları ilə maliyyə pozuntularında günah sahibidi. O, Nərimanoğlu qədər olmasa da, ciddi yeyintilərdə pay sahibiymiş. Bilet satışından və s. gələn pullar cibə gedirmiş, həmin maliyyənin sərf olunması gərəkən istuqamətlərə isə AFFA-dan gələn puldan ayrılırmış.
 
Deyilənlərə inansaq, Cabir bəy anasının və yoldaşının da adını maaş cədvəlinə saldırıbmış, bundan başqa, dayısı əvəzedici komandanın avtobusunun sürücüsü imiş və 2 gün öncə işdən çıxarılıb. Sabah Gəncəyə gedəcək növbəti yoxlama qrupu bütün bu məsələlərə birdəfəlik nöqtə qoyacaq. Onlar mətbuata yardım kimi ayrılan, amma heç kimə verilməyən maliyyəni də kimin yediyini müəyyənləşdirməyə çalışacaq.
 
Mətbuatda Şahin Diniyevin baş məşqçi postundan uzaqlaşdırılacağı haqda da xəbərlər dolaşır. Amma bildiyimizə görə, belə olmayacaq. Çünki o, heç bir maliyyə məsələsində günahkar deyil. Bununla belə, komandaya Nərimanoğlu ilə birgə gələn çalışdırıcının qış fasiləsində klubla vidalaşması mümkündü. 
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

Facebookdan bizi izləməyi unutmayın.
X