16:06 07.11.2017 2115

Mənəvi cinayətin qurbanları - YAZI

Başlayaq başlanğıcdan... Gənclər arasında Olimpiya Oyunlarının Təşkilat Komitəsinin qərarının ardından Azərbaycan Futzal Federasiyasının rəhbərliyi assosiasiyanın baş katibi Elxan Məmmədovun "xeyir-duasıyla” 17 yaşlıların yığmasını formalaşdırmağı Fuad Rzayevin boynuna yüklədi. Rzayevi "qamçılamaq” lətifəsi gənc mütəxəssisdən uzaq, atı qoyub çula döymək olar. Nə etməliydi ki? Adama əmr veriləndə təsnifat mərhələsinin oyunlarının başlamasına təxminən bir ay vaxt qalırdı. Bu müddətdə heç özüllü-sütunlu komandanı yarışa hazırlamaq olmaz. Ordan-burdan tapılan uşaqlardan milli düzəldib yolladılar Slovakiyaya... Kimləri? Ölkə klublarının aşağı yaş qruplarında ayağı top tutan futbolçuları... Düzdü, aralarında barmaqla sayılacaq qədər dizi parket görmüşlər də var idi. Amma Slovakiyada 2-3 güllə bahar olmayacağı öncədən bəlliydi.


35 min avro pul ayrılmışdı iştirak xatirinə Avropaya üz tutacaq kollektivə. Nə düz-əməlli məşq keçmişdilər, nə peşəkar futzalçılar kimi rejimlə qidalanmış, vitaminlər qəbul etmişdilər. Elxan Məmmədov - Zaur Axundov cütlüyü Azərbaycanın milli idman şərəfini "uf” demədən biabırçılığa sürükləmişdi. Və bu rüsvayçılıqdan qurtulmaq yığma adı altında bir araya gətirilənlərin yaşı və başı üçün deyildi! Obrazlı yanaşsaq,fərsiz generalların döyüşə göndərdiyi qoşun rüsvayçı məğlubiyyətin ağuşuna qəsdən atılmışdı. Yanlış anlamayın, AFFA-da əyləşənləri mazoxizmdə suçlamıram. Sadəcə, həm Məmmədovun, həm də Axundovun milli adına başdansovdu yanaşması danılmaz faktdı. Hər ikisi Azərbaycan bayrağını nələrin gözlədiyini bilirdi. Bilsələr də, bilməsələr də mənəvi cinayətə qol çəkməli deyildilər. Belə öyrətmək, öyrənmək habelə, beynəlxalq ab-havaya öyrəşdirmək də ölkəmizin milli rəmzlərinə qarşı sayğısızlıqdı!
 

 
Sonuc göz qabağındadı: 2018-ci ildə Buenos - Ayresdə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi başa çatıb. Ölkəmizin adından həmin yarışa göndərilən 17 yaşadək futzalçılardan qurulmuş komanda son görüşünü hollandlara qarşı keçirib və 0:7 hesablı yenilgiylə çıxışını yekunlaşdırıb. ilk oyunda Slovakiyaya 0:12, ardınca Rusiyaya 0:20 hesabı ilə yenilən təmsilçimiz 3 matçda qapısında 39 qol görsə də, rəqib qapıçıları məyus etmədən geri qayıdıb. Bu idman növündən iyrənə-iyrənə, oyunların hesabını yada sala-sala, bir daha parket üzərinə ayaq basmayacaqlarına and içə-içə. Milli forma hələ həyatı və idmanı olğun insanlar kimi anlamayan, hardan başlamaq lazım olduğunu bilməyən uşaqların yaddaşında belə qaldı.
 
Qızlar oğlanlardan daha yaxşı görünüb. Buna yaxşı demək başını itirmiş adamın sərsəmləməsinə daha çox bənzəsə belə, Ukrayna ilə 2:2 hesablı bərabərə qaldıqları görüşdə mübarizə qoxusu var. Zərif cinsin nümayəndələri daha öncə italiyaya 0:2, Portuqaliyaya 0:10 hesabı ilə boyun əymişdi. Yekun nəticədə 3 matçda 2 qol vurub, 14-ünü buraxıblar. Bu başqa məsələ ki, gələcək vəd etməyən qadın futzalının ətəyindən yapışmaq da başqa anormallıqdı.
 
Nihat Ağasoy
"Futbol+” qəzeti

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
19:47

MPL: "Neftçi"dən 2-ci qol - YENİLƏNİR

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

Facebookdan bizi izləməyi unutmayın.
X