"Kəpəz"in mühasibinin şok açıqlamaları - SƏS YAZISI
"Kəpəz"də yaşanan şok olaylar hər kəsə maraqlıdı. Ortada pul yeyintisi var, amma cəzalanan yoxdu. Klubun mühasibi Mənsurə Məmmədova bir neçə gün öncə "Futbol+" qəzetinə yeyinti ilə bağlı şok faktlar açıqlamışdı. Daha sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov qafqazinfo.az saytına verdiyi açıqlamada bunu təkzib eləməyə çalışıb. Daha doğrusu, baş katib Mənsurə xanımın qəzetə belə məzmunlu müsahibə vermədiyini bildirib.
"Futbol+" qəzeti Mənsurə Məmmədovanın səs yazısını yayımlayıb. Həmin səs yazısını təqdim edirik.